“Hörümçək toru” “jurnal” idi, Putin üçün “kino”…

07.06.2025

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Bir qədər əvvəl Rusiyada “Hörümçək toru” əməliyyatı həyata keçirən Ukrayna DTX-sı, yeni əməliyyat hazırlığına start verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
Belə ki, Ukrayna DTX-sı Rusiyanın daha strateji obyektlərini hədəfə alaraq, onları məhv etməyi planlaşdırır. Hətta bəzi Qərb dairələri “Hörümçək toru” əməliyyatının əsas hədəfdən yayındırmaq olduğunu da iddia edirlər.
Qeyd edək ki, Ukrayna kəşfiyyatı bu günlərdə Rusiyada irimiqyaslı əməliyyat keçirərək, bu ölkənin strateji aviasiyasının 30 faizindən çoxunu sıradan çıxarıb. Bəzi Ukraynalı ekspertlər “Hörmçək toru” adlandırılan bu əməliyyatın sadəcə, “jurnal” olduğunu, kinonun isə qabağda olduğunu iddia edirlər.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью