Icma.az, Azvision portalına istinadən məlumat verir.
AzVision.az xəbər verir ki, Denis Şmıqal “France 24” telekanalına müsahibəsində belə deyib.
“Bu sadəcə bir epizod deyil, bu təkrarlana bilər. Biz inadla çalışmaqda davam edirik. Nəticələri artıq Qara dənizdə görə bilərsiniz və biz hava məkanımızı Rusiya bombardmançılarından azad edirik”, - Ukraynanın baş naziri vurğulayıb.
Sky News: “Ukraynanın itirəcəyi heç nə yoxdur” - VİDEO Onun sözlərinə görə, Kiyevin Rusiyanın hərbi potensialını “məhv etməkdən” başqa yolu yoxdur.
Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.
Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdikləri danışıqların 2-ci raundu ərəfəsində Kiyevin bu addımı beynəlxalq aləmdə geniş rezonans doğurub. Bəzi ölkələr bunu dəstəkləsə də, bir sıra dövlətlər Ukraynanın addımının danışıqlar prosesinə zərbə vuracağını və müharibəni daha da qızışdıracağını iddia edirlər.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “Bu sadəcə bir epizod deyil, bu təkrarlana bilər. Biz inadla çalışmaqda davam edirik. Nəticələri artıq Qara dənizdə görə bilərsiniz və biz hava məkanımızı Rusiya bombardmançılarından azad edirik”, - Ukraynanın baş naziri vurğulayıb.