Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.
Misir Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Hossam Həsənlə əməkdaşlığa son qoyulduğunu elan edib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Artıq onun yerinə təyinat da reallaşıb. Əli Maher yığmanın yeni baş məşqçisi təyin olunub.
Federasiyanın yaydığı bəyanatda son qərarla bağlı bunlar yazılıb:
"Misir Futbol Assosiasiyası vurğulayır ki, milli komandanın maraqları ən yüksək prioritetdir və komandanın sabitliyinin qorunub saxlanılması əsas məqsəddir – bu məsələdə heç bir güzəştə yol verilə bilməz.
Assosiasiyanın İdarə Heyətinin iclasında, son dövrdə baş verən bütün hallar və hadisələr, eləcə də onların doğurduğu nəticələr və millinin müsbət imicinə, sabitliyinə göstərdiyi mənfi təsirlər təhlil edildikdən sonra, İdarə Heyəti öz səlahiyyətləri çərçivəsində baş məşqçi Hossam Həsən, həmçinin onun məşqçilər və inzibati heyəti ilə müqavilə şərtlərinə uyğun olaraq yolları ayırmaq qərarına gəlib".