Hosteldə köməksiz durumda qalan şəxs öldü

21.03.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində bir nəfərin hosteldə qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumat əsasında FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, məlum olub ki, qapı arxasında qalan şəxs artıq dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью