Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əbu-Dabi Məhkəmə Departamenti cəzanı azaldaraq PFL-in yüngül çəki üzrə çempionu Usman Nurməhəmmədov, qardaşı Ömər və oteldə baş verən kütləvi davanın digər iştirakçılarını azadlığa buraxıb.
"Yeni Sabah" xəbər verir ki, təqsirləndirilən şəxslər əvvəlcə 6 ay həbs cəzasına və 300.000 dirhəm cərimə cəzasına məhkum ediliblər.
Məhkəmənin yeni qərarı ilə cəzalar hər bir şəxs üçün 150.000 dirhəm cərimə ilə əvəz edilib. Online shopping Azərbaycan
Hökmün yenidən baxılması tərəflər arasında barışıq, qarşılıqlı iddialardan imtina və zərərçəkmişin təqsirləndirilən şəxsin azadlığa buraxılması üçün Əbu-Dabi hökumətinə müraciətindən sonra mümkün olub.
Xatırladaq ki, noyabrın 11-də keçmiş UFC çempionu Merab Dvalişvili Usman Nurməhəmmədovu və onun yaxınlarının zorakılığına mərus qalıb. Hotelin foyesində ona hücum edən şəxslər saxlanılıb. Dvalişvili daha sonra Əmirlik hakimiyyətindən saxlanılan idmançıları azad etməyi açıq şəkildə xahiş edib.