Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş

05.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, onun içdiyi dərman həblərindən öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub.

Əslən Xızının Tıxlı kəndindən olan vəkil ötən il ailə həyatı qurub.

Onun bir neçə gün öncə qızı doğulubmuş.

Faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью