Hovannisyan: “Mübahisəli bəndlər var”

06.12.2024

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Hovannisyan danışıq prosesinin davam etdiyini bildirib.
“Mübahisəli məqamlar var, onların ətrafında müzakirələr daha mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz çıxılmaz vəziyyətdən və danışıqlar prosesini davam etdirməkdən danışmırıq. Bu proses həmişə gedir”, - Hovannisyan deyib.
Paşinyanın partiyasının nümayəndəsi bildirib ki, əsas müzakirəçilər Azərbaycanla, Ermənistanın beynəlxalq tərəfdaşları ilə sülh müqaviləsini yekun nəticəyə çatdırmaq üçün işlərini davam etdirirlər.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью