Hövsan sakinlərinin zibil problemi 3 4 gündən bir daşınır

13.08.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hövsan MİDA yaşayış kompleksinin sakinləri ərazidəki zibil problemindən narazıdır.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sakinlərin sözlərinə görə, ərazidə zibil qutuları olsa da, qutuların ətrafı mütəmadi olaraq zibillik olur. Onlar bildirirlər ki, əsas səbəb zibil daşıyan maşınların əraziyə 3-4 gündən bir gəlməsidir.

Sakinlər zibilin vaxtında daşınmamasının həm ərazinin görünüşünü korladığını, həm də antisanitar vəziyyət yaratdığını deyirlər.

Sözügedən görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью