Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu VİDEO

23.04.2026

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Suraxanı rayonu, Hövsan yolunda asfalt örtüyündə dərin çuxur yaranıb.

Avtosfer.az xəbər verir ki, hadisə barədə şikayətçi olan sürücü sosial şəbəkədə paylaşım edərək yolun vəziyyətini ictimailəşdirib. Onun sözlərinə görə, həmin sahədə asfalt örtüyü ciddi şəkildə sıradan çıxıb və nəticədə dərin çökəklik əmələ gəlib.

Şikayətçi qeyd edir ki, hərəkət zamanı avtomobili qəfil çuxura düşüb və güclü zərbə nəticəsində nəqliyyat vasitəsinin ön hissəsinə ziyan dəyib, təkər və disk sıradan çıxıb.

Xüsusilə gecə saatlarında yolun vəziyyətindən xəbərsiz sürücülər üçün bu cür təhlükə riski daha da artır.

Sürücü yolun bu vəziyyətini qəbuledilməz adlandıraraq aidiyyəti qurumlara müraciət edib və problemin operativ şəkildə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью