Hövsanda ağac yola aşdı, hərəkət DAYANDI FOTO Yeni Çağ Media

05.11.2024

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində ağac köməkçi yolun hərəkət hissəsinə aşıb.

Yenicag.az xəbər verir ki, bu barədə sakinlər redaksiyamıza şikayət ünvanlayıb.

Qəsəbə sakinləri deyirlər ki, nəticədə, nəqliyyat vasitələrinin məhəllə içində hərəkətində çətinlik yaranıb.

Sakinlərin sözlərinə görə hadisə ötən gün havanın küləkli olması nəticəsində baş verib. Məlumata görə, iki gündür ki, aidiyyəti qurumlar məsələnin həll olunması istiqamətdə addım atmayıblar.

Nəsimi Ələsgərli

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью