Hövsanda avtobusla toqquşan avtomobil aşdı

19.05.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in "qaynar xətti"nə daxi lolan məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu ilə "Toyota" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində "Toyota" markalı avtomobil aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat yoxdur. 

Görüntüləri təqdim edirik: 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью