Hövsanda bəzi ərazilərində içməli suyun verilişi dayandırılıb

09.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakının Suraxanı rayonu ərazisindən keçən əsas su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı Xidməti" məlumat yayıb.

​Bildirilib ki, magistral xətdə yaranan nasazlığın təmiri ilə bağlı gün ərzində qəsəbənin bəzi ünvanlarında su təchizatında müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью