Hövsanda dəmiryolunda hərəkət bərpa olunur?

13.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Yeni Suraxanı - Hövsan sahəsində dəmiryol xətlərinin əsaslı təmir işləri aparılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

"Yeni Suraxanı - Hövsan sahəsində dəmiryol xətlərinin əsaslı təmir işləri aparılır. Bundan əvvəl birinci mərhələdə 3 000 min metrdən çox yol təmir olunub. Hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Bu mərhələdə 3 000 min metrə yaxın dəmir yolu əsaslı təmir olunur. İkinci mərhələ işləri yaxın günlərdə bitəcək. Bu işlər ümumilikdə dəmir yolunda hərəkətin təhlükəsizliyinin təmin olunmasına, yüklərin təyinatı üzrə vaxtında daşınmasına xidmət edir", - məlumatda deyilir.

Qurumdan əlavə edilib ki, sözügedən xətt üzrə yük daşınır, yaxın günlərdə təmir işləri yekunlaşacaq və yük qatarları hərəkətini davam etdirəcək.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью