Hövsanda maşın şirniyyat mağazasına çırpılıb

21.11.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hövsanda minik avtomobili qəzaya uğrayıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə qəsəbənin Elçin Məmmədov küçəsində baş verib.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra isə yolun kənarındakı "Tatlı" şirniyyat mağazasına çırpılıb.

Hadisə nəticəsində avtomobildəki şəxslər xəsarət alıb. Həmçinin həmin vaxt mağazada olanlar da həyəcan yaşayıblar.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir.

View this post on Instagram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью