Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Hövsan südçülük sovxozunun qaz təchizatında məhdudiyyət yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-u, saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq.