Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 10-da səhər saatlarında qeydə alınıb. Taksi fəaliyyəti göstərən “BYD” markalı avtomobillə “Opel” markalı nəqliyyat vasitəsi toqquşub.
İlkin məlumata görə, hadisəyə səbəb yolayrıcını keçmə qaydasının pozulması olub. Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Toqquşmadan sonra ərazidə nəqliyyat sıxlığı yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228728.html