Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində piyadaların hərəkətini çətinləşdirən vəziyyət yaranıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər sosial şəbəkədə paylaşılıb. Kadrlardan göründüyü kimi, piyada keçidinin düz qarşısında avtobus dayanacağı yerləşir. Nəticədə dayanacağa daxil olan avtobus keçidin qarşısında dayanaraq piyadaların yolu rahat keçməsinə mane olur.
Digər tərəfdən, avtobusun keçidin yaxınlığında dayanması yolu keçmək istəyən piyadaların digər sürücülər tərəfindən vaxtında görünməsini çətinləşdirir. Bu isə xüsusilə intensiv hərəkət zamanı qəza riskini artırır.
Vətəndaşlar aidiyyəti qurumların məsələyə müdaxilə edərək dayanacağın yerinin dəyişdirilməsini və piyadaların təhlükəsiz hərəkətinin təmin olunmasını gözləyirlər.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228501.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar