Hövsanda zəncirvari qəza: Yük maşını avtobus və “BYD”ə çırpıldı VİDEO

20.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Suraxanı–Hövsan avtomobil yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 19-da səhər saatlarında qeydə alınıb.

Belə ki, 161 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı avtobus, “Fiat” markalı yük avtomobili və 88-BU-212 dövlət qeydiyyat nişanlı “BYD” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Qəzadan sonra yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşıb və ərazidə sıxlıq yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью