Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cin ləqəbli müğənni Ceyhun Zeynalov Hövsanda küçəyə zibil atan sakinlərə irad bildirib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda ətraf mühitin çirkləndirilməsindən narazılığını ifadə edib. O, sakinləri övladlarına təmizlik qaydalarını öyrətməyə çağırıb:
“Hövsanın bəzi sakinləri belə edir. Bunu heç bir böyük insan etməz. Uşaqlarınıza öyrədin ki, zibili bura atmasınlar. Bu, tərbiyəsizlikdir. Yoldur bura. Keçəndə ürəyin ağrımır ki, yolun ortasında zibil var? Hövsanın adını bədnam edən insanlar var. Bu, nə tərbiyədir? Zibilxanada yaşayırsan?”.