Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Son vaxtlar hovuza və suya girən uşaqlarda əl-ayaq-ağız xəstəliyi çox yayılıb. Ağız ətrafı, əllərin içi, ayaqların altı səpir, bəzən isə qolların dirsək hissələrində də səpkilər müşahidə olunur".
Redaktor.az xəbər verir ki, bu fikirləri həkim-terapevt Günay Rəsulova sosial media hesabında paylaşıb.
Həkimin sözlərinə görə, uşaqlarda görünən səpkilər suçiçəyinə bənzər xırda, sulu səpkilərdir və bunlar virus mənşəli səpkilərdir.
"Xəstəlik ən çox hovuza və suya girən uşaqlarda müşahidə olunur. Hər yay fəslində artan infeksiyalardan biridir. Qızdırma ilə yanaşı, ağız daxilində yaralar və səpkilər də yarana bilər.
Uşaqları bu infeksiyalardan qorumaq üçün onları dənizdə təmiz yerlərdə çimdirməyə çalışmalı, eyni zamanda, infeksiyalı, səpkili uşaqlarla təmasdan qorumalıyıq. Xüsusilə də uşaqları şişirmə hovuzlardan da uzaq tutmaq məsləhətlidir.
Aytəkin TOFİQQIZI