Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Danimarka millisinin hücumçusu Rasmus Höylund Millətlər Liqasının üçüncü turunda Portuqaliyaya 2:4 hesabı ilə uduzduqları matçdan sonra Jorje Jezuşu niyə itələdiyini açıqlayıb.
İdman.Biz “A Bola”ya istinadən xəbər verir ki, Höylund açıqlamasında insidentin oyunun sonunda baş verdiyini və Jezuşu qeyri-idman hərəkətində ittiham etdiyini bildirib.
“Hər şey ona görə oldu ki, o, hətta gözlərimin içinə baxmağa belə zəhmət çəkmədi. Mən bunu qeyri-idman hərəkəti hesab edirəm. Oyunun sonunda əl sıxmağı bacarmaq lazımdır. O, mənə soyuqqanlı şəkildə toxundu, sonra isə məni görməzdən gəldi. Ona görə də dedim: “Ciddi deyirsən?” Vəssalam, hər şey budur.
Bilirəm ki, siz başlıqlar istəyirsiniz və onları alırsınız. Qorxmadan deyirəm ki, Kriştianu mənim böyük kumirimdir. O, həmişə mənim üçün çox vacib olub. Düşünürəm ki, onun əla mentaliteti var və ümid edirəm ki, Portuqaliya və Kriştianu fikir ayrılıqlarını həll edə biləcəklər. Çünki mənim fikrimcə, bütün zamanların ən yaxşı futbolçusu üçün hər şeyin belə bitməsi təəssüf olar”.
Qeyd edək ki, Danimarka – Portuqaliya qarşılaşması Kopenhagendəki “Parken” stadionunda keçirilib. Höylund görüşün 53-cü dəqiqəsində komandasının ikinci qolunu vurub.