Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Napoli” icarə əsasında komandada çıxış edən Rasmus Hoylundun transfer hüquqlarını alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə danimarkalı hücumçu sosial şəbəkə hesabında yazıb.
O, Neapol klubunda qalacağını bildirib və müqavilə ilə məxsus olduğu “Mançester Yunayted” azarkeşlərinə vida edib.
Hoylund bu mövsüm “Napoli” ilə A Seriyasında 32 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib.