HP: Azərbaycan bu il 29 milyon tondan çox neft hasil edəcək

19.11.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il Azərbaycanda neft hasilatı 29,2 milyon ton təşkil edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 3 % azalma deməkdir.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı ötən ilin eyni dövrünə nisbətən 3,7 % az - 24,15 milyon ton təşki edib.

Ötən il isə ölkədə əvvəlki illə müqayisədə 7,5 % az - 30,2 milyon ton neft hasil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью