HP nın audit nəticələri üzrə 0,8 milyon manatlıq araşdırma Baş Prokurorluğa göndərilib

21.04.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hesablama Palatası ötən il apardığı audit yoxlamalarının nəticələrini Baş Prokurorluğa təqdim edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Palata sədri Vüqar Gülməmmədov Milli Məclisdə bildirib ki, 2025-ci ildə aparılan yoxlamalar nəticəsində aşkar edilən faktlar üzrə hüquqi tədbirlər görülüb. Ümumilikdə 0,8 milyon manat məbləğində vəsaitlə bağlı araşdırmalar aparılıb.

Bununla yanaşı, iki audit üzrə araşdırmalar hazırda davam etdirilir və yekun nəticələrin yaxın zamanda açıqlanacağı gözlənilir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью