Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
2027–2028-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycan vətəndaşları üçün Çində təhsil almaq məqsədilə sənəd qəbulu elan edilir.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Proqram çərçivəsində Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşılıqlı olaraq hər iki ölkənin ali təhsil müəssisələrində təhsil almaq imkanı təqdim olunur.
Təqaüd proqramına bu il dekabrın 13-dək müraciət etmək olar. Namizədlərin qəbulu ilə bağlı yekun qərarın 2027-ci ilin iyul–avqust aylarında təqdim olunması nəzərdə tutulur.
Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.