HTŞ Dəməşqdə ilk şərtini açıqladı

08.12.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Həyat Təhrir əş-Şam” Suriyanın Dəməşq şəhərinə daxil olduqdan sonra ilk əmrlərini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani Suriyanın dövlət qurumlarının hakimiyyətin rəsmi təhvil verilməsinə qədər baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərliyi altında qalacağını bildirib.

Qeyd edək ki, Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali şəhəri tərk etməyəcəyini, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью