Icma.az bildirir, Mia.az saytına əsaslanaraq. Suriyada Əsəd dövrünü bitirən "Heyət Təhrir əl-Şam" (HTŞ) lideri Əhməd əl-Şara (Əbu Məhəmməd ə
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədən yayımlanan "Suriya TV"yə müsahibəsində o, Suriya Müdafiə Nazirliyinin bütün s
Şara bildirib ki, hazırda ölkə dağınıq vəziyyətdədir: "Suriyanı idarə etmək üçün inqilabçı zehniyyətdən dövlətçi zehniyyətə keçmək lazımdır.
Suriyanın yaşadığı faciələr artıq arxada qalmalıdır. Bunun üçün çox diqqətlə hazırlanmış planlar gərəkdir.
Bunun üçün yerlərdəki vəziyyətlə bağlı faktiki məlumatları toplayır, təhlil edirik. Bunun əsasında yol xəritəsi haızrlanacaq.
Bir sözlə, daimi sabitlik üçün ölkədə qanun və qurumlara söykənən dövlət və onun qollarını əhaət edəcək işlək mexanizm qurulacaq.
Suriyanın gələcəyi idarəçilik və ədalətin təməllərinin bərqərar olmasından asılıdır.
Bəşər Əsəd dövründəki səhvlərə əsla yol verilməməlidir" Daha sonra ölkədə İran, İsrail və Rusiyanın fəaliyyəti ilə bağlı sualları cavablandıran HTŞ lideri bildirib ki, Rusiya Hərbi Hava Qüvvələri Əsəd rejimi dövründə daha çox mülki hədəfləri vurub deyə Qəzzada baş verənlərin Suriyanın şimalında da təkrarlanacağına dair qorxular var: "Bu, əlbəttə, humanitar problemləri artır.