HTŞ lideri prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb

14.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.

APA xəbər verir ki, bunu əl-Colani “Al Araby” telekanalına müsahibəsi zamanı deyib.

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью