Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Nvidia”nın Direktorlar Şurası Jensen Huangın şirkətin prezidenti və baş icraçı direktoru vəzifəsinə qaytarılması barədə qərar qəbul edib.
“Bakupost” xəbər verir ki, qərardan əvvəl ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri ilə məsləhətləşmələr aparılıb. Şura Huangın qayıdışının milli təhlükəsizlik riski yaratmadığını bildirib.
Müvəqqəti baş icraçı direktor Kolet Kress maliyyə direktoru vəzifəsində fəaliyyətini davam etdirəcək. Şura isə Huangla bağlı xarici kəşfiyyat fəaliyyəti iddialarını araşdırmağı davam etdirəcək.
ABŞ Prezidenti Donald Tramp da qərarı dəstəkləyib. “Nvidia” səhmləri isə birja açılmazdan əvvəl 30 faizdən çox bahalaşıb.
Vüsalə Hüseynova,
BakuPost