Huangın mümkün istefası barədə xəbər “Nvidia” səhmlərini ucuzlaşdırıb

12.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-nin “Nvidia” şirkətinin səhmləri “Nasdaq” birjasında əsas ticarət sessiyasından sonrakı əməliyyatlar zamanı 8,6 faiz ucuzlaşıb.

“The Wall Street Journal” qəzeti mənbələrinə istinadən şirkətin Direktorlar Şurasının yaxın vaxtlarda baş icraçı direktor Censen Huangın istefasını razılaşdıra biləcəyi barədə məlumat yayıb.

Bakı vaxtı ilə saat 03:21-ə olan məlumata görə, şirkətin səhmləri 8,65 faiz ucuzlaşaraq 158,71 dollara düşüb. Əsas ticarət sessiyasının bağlanışında isə səhmlərin qiyməti 2,87 faiz artaraq 173,73 dollar təşkil edib.

Qeyd edək ki, noyabrın 8-də “Nvidia”nın Direktorlar Şurası Censen Huang barəsində araşdırmaya başlanıldığını açıqlayıb. Şirkət rəhbəri elektron məktubunda Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla yaxın münasibətdə olduğunu etiraf edib və hərəkətlərinə görə tam məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Çinin Xarici İşlər Nazirliyi isə Huangla əlaqəsi olan qadının Çin kəşfiyyatına işləməsi barədə iddiaları böhtan adlandırıb.

“The New York Times” qəzetinin məlumatına görə, Huangın “Nvidia”nın səhiyyə sahəsində məhsullarına cavabdeh olan vitse-prezidenti Kimberli Pauelllə də yaxın münasibəti olub.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью