Huanq geri qayıtdı, Trampdan ilk reaksiya

23.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Censen Huanq yenidən ABŞ-ın “Nvidia” şirkətinin prezident və baş icraçı direktor vəzifəsinə təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qərar Huanqın Çin kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şəxslə münasibətinə dair xəbərlər fonunda istefa verməsindən iki həftədən az müddət sonra qəbul edilib.

Şirkət bildirib ki, qərarın qəbulu prosesində ABŞ hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rəyləri də nəzərə alınıb.

Təyinatla bağlı sosial şəbəkə hesabında ABŞ Prezidenti Donald Tramp bu sözləri yazıb:

"Təkcə şirkətin deyil, həm də ABŞ iqtisadiyyatının uğur və rifahını təmin etmək üçün ölkənin Censenin "Nvidia"dakı liderliyinə ehtiyacı var. ABŞ hökumətinin Censenin "Nvidia"ya qayıdışının milli təhlükəsizlik üçün hər hansı risk yaratdığını düşünməyə heç bir əsası yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью