“Huawei” Azərbaycanda regional və innovasiya mərkəzləri yarada bilər

10.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşüb.

XQ xəbər verir ki, bu barədə nazir öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью