“Huawei” öz əməliyyat sistemində ilk flaqman smartfonunu təqdim etdi

25.11.2024

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin “Huawei” şirkəti “HarmonyOS Next” əməliyyat sistemində “Mate 70” smartfonlarının satışına başlayacaq.

Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, bu, şirkətin tamamilə Çin əməliyyat sistemində ilk flaqman smartfonudur.

2019-cu ildə ABŞ-nin sanksiyaları səbəbindən “Huawei” “Google”un mobil xidmətlərinə çıxışını itirdi və cihaz istifadəçilərinin Android proqramlarını işlədə bilməsi üçün açıq mənbəli Android kodu əsasında “HarmonyOS”i istifadəyə verdi.

Ən sərfəli kredit üçün müraciət et

“Huawei”nin məlumatına görə, “Tencent”dən “WeChat” messenceri, “Alibaba”dan “Taobao” bazarı və qida çatdırılması xidməti “Meituan” da daxil olmaqla, yeni ƏS üçün artıq 15 min proqram və xidmət mövcuddur.

Xatırladaq ki, ötən il “Huawei” öz prosessoru və 5G dəstəyi ilə “Mate 60” smartfonlarını təqdim etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью