HUAWEI PLANŞETLƏRİ TƏHSİL, MOBİL OYUNLAR, RƏSM ÇƏKMƏK VƏ SƏNƏDLƏRLƏ İŞLƏMƏK ÜÇÜN UNİVERSAL…
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Planşetlər artıq yatmazdan əvvəl və ya səyahət zamanı filmlərə baxmaq üçün oyuncaq olmaqdan çıxıb.
Rəsm çəkmə, ofis işləri, qeydlər aparmaq, poçtla işləmək, internetdə məlumat axtarmaq - bütün bunları və digər tapşırıqları zərif görünən, yüngül çəkili cihaz vasitəsilə etmək olar.
HUAWEI MatePad 11.5"S haqqında danışaq.PLANŞETİN ESTETİK DİZAYNI Böyük displey diaqonalına, güclü prosessora və metal korpusuna baxmayaraq, HUAWEI mühəndisləri cihazı çox nazik (cəmi 6,2mm) və yüngül (510q.) yaratmağa müvəffəq olublar.
HUAWEI MATEPAD 11.5"S -İ RƏQİBLƏRİNDƏN FƏRQLƏNDİRƏN EKRAN ÖRTÜYÜ Bu yeni məhsulun əsas xüsusiyyəti, şübhəsiz ki, toxunuşda kağıza bənzəyən, demək olar ki, parıltını və refleksiyanı ekranda aradan qaldıran yeni nəsil PaperMatte örtüklü displeydir.
Bu isə o deməkdir ki, hətta lampanı sözün həqiqi mənasında ekrana yönəldsəz də kitab oxumaq və ya filmə baxmaq gözlər üçün diskomfort yaratmayacaq və təhlükəsiz olacaq.
Bundan əlavə, PaperMatte örtüklə örtülmüş bu flaqman planşet 30-dan 144 Hz-ə qədər adaptiv ekran yeniləməsi tezliyi ilə yüksək keyfiyyətli IPS ekranına malikdir, bu da cihazın batareyasının ömrünə müsbət təsir göstərir.
Görüntü 2,8K-dır, ekran icazəsi 3:2 nisbəti ilə 2800×1840 pikseldir.
Tam oxu
Xəbəri oxu