“Huawei” şirkətinin nümayəndələri BANM də olublar

06.03.2025

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Huawei Technologies Azerbaijan” şirkətinin Orta Şərq və Mərkəzi Asiya (Qafqaz ölkələri də daxil olmaqla) regionu üzrə vitse-prezidenti Xanım Lin Yanxianın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM-dən 525.az-a bildirilib ki, görüşdə anlaşma memorandumunun yenilənməsi, əməkdaşlığın gücləndirilməsi və yeni texnoloji imkanların yaradılması məsələləri müzakirə edilib.

Memorandumun əsas məqsədləri təlim proqramlarının inkişafı, tələbələrə praktik təcrübə imkanlarının artırılması və texnoloji infrastrukturun təkmilləşdirilməsidir.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью