Hücum olsa, bu ölkəyə ordu yeridəcəyik İran səfiri

13.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Terrorçuların İraqa hücumu ilə bağlı heç bir narahatlıq yoxdur və belə olan halda İran iraqlılara kömək edəcək.

Axar.az xəbər verir ki, bunu İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Al-i Sadiq deyib.

Bəşər Əsədi devirən suriyalı müxalif təşkilatları “terrorçu” adlandıran İran səfiri əlavə edib:

“İran İraqa terror hücumuna icazə verməyəcək və biz iraqlılarla bərabər döyüşəcəyik. İran İraqın birliyi, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının zəruriliyini vurğulayan bir neçə rəsmi bəyanat verib”.

Qeyd edək ki, suriyalı müxalif qrupların Dəməşqdə nəzarəti ələ keçirmələrindən sonra İran onların İraqda da oxşar əməliyyatlar planlaşdırdıqları ilə bağlı iddialar səsləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью