Sia Az saytına istinadən Icma.az xəbər verir.
Omanın Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə koordinasiyalı şəkildə Hörmüz boğazında hücuma məruz qalan tankerin 25 ekipaj üzvünü təxliyə edib.
SİA xəbər verir ki, bu barədə Oman Müdafiə Nazirliyi məlumat yayıb.
“Omаnın Hərbi Dəniz Qüvvələri Dəniz Təhlükəsizliyi Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hücum nəticəsində göyərtəsində yanğın baş verən Panama Respublikasının bayrağı altında üzən ticarət gəmisinin 25 ekipaj üzvünü təxliyə edib”, – deyə bəyanatda bildirilib.
Hadisə Oman əyaləti olan Müsəndəm sahillərindən 10,6 dəniz mili (təxminən 20 kilometr) aralıda baş verib. Dənizçilərə zəruri tibbi yardım göstərilib.
Bundan əvvəl Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) Hörmüz boğazından çıxarkən tankerə hücum edildiyi barədə məlumat yayıb. Mərkəzin məlumatına görə, oktyabrın 29-da bir qayıq gəminin sol bortuna yaxınlaşaraq gövdəsinə iki partlayıcı qurğu yerləşdirib. Partlayış və mühərrik bölməsində baş verən yanğın nəticəsində tanker müvəqqəti olaraq hərəkət qabiliyyətini itirib.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
"İsraildə ərəb əhalisinin sayı xeyli artıb" - POLİTOLOQ
Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu
Rusiyada neft zavoduna dron hücumu: yanğın baş verib
Dneprdə dəmir yolu stansiyasına hücum: ölənlərin sayı artır
"Likud Partiyası və onun lideri Benjamin Netanyahu hakimiyyəti əldən vermək istəmir" - POLİTOLOQ
Fransadakı iğtişaşlarda 1193 polis xəsarət alıb- AÇIQLAMA
İrəvan yaxınlığında qazdoldurma məntəqəsi partlayıb
İspaniyadakı qatar qəzasında ölü sayı artır - 74 nəfər oldu...
Rusiyada avtomobil oğurluğu qanuniləşdirilir..?