Hücumçu ağır xəstəliyə yoluxdu

25.03.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Niderlandın PSV klubunun hücumçusu Lukas Peres ağır xəstəliyə yoluxub.

Bakıvaxtı.az "De Telegraaf"a istinadən xəbər verir ki, ispaniyalı futbolçuda vərəm aşkarlanıb.

Xəstəlik aktiv mərhələdə olduğu üçün 36 yaşlı futbolçu bir neçə həftə təcridxanada qalmalı və antibiotik kursu keçməli olacaq. Onun mövsümün sonuna qədər meydana qayıtması gözlənilmir.

Qedy edək ki, L.Peres 2025-ci ilin fevralında İspaniyanın ikinci liqa komandası "Deportivo"dan PSV-yə transfer olunub. O, Eyndhoven təmsilçisinin heyətində üç oyun keçirib və qol vurmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью