Hücumda xeyli ölən olub İran cavaba hazırlaşır

28.02.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İİKK mənbələri İrana hava hücumları nəticəsində "əhəmiyyətli sayda" İİKK şəxsi heyətinin öldürüldüyünü və yaralandığını bildirir.

Ölkə.Az-ın xarici mediaya istinadən məlumatına görə, İran ordusunun baş komandanı Əmir Xatəminin öldürüldüyü barədə məlumatlar yayılıb.

İran rəsmisi "Reuters" agentliyinə bildirib ki, İran İsrailin hücumundan sonra qisas tədbirlərinə hazırlaşır. O, bunun dağıdıcı olacağını bildirib.

"Mehr" yazır ki, İran prezidenti Məsud Pezeşkian İsrail-ABŞ hücumları zamanı hər hansı zərər görməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью