Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Bayer Leverkuzen"dən aldıqları məğlubiyyəti (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb: "Biz hücumda yetərincə yaxşı deyildik.
Bu səviyyədə rəqibi məğlub etmək üçün o qədər də yaxşı oynamadıq. Amma hədəfimiz ilk 8 komanda arasında olmaq, 1/8 finala adlamaqdır.
Bu hədəf hazırda əvvəlki kimi əlçatandır. "Bayer" əla oynadı, yüksək sürət nümayiş etdirdi.
Əlbəttə, belə rəqiblə oyunda öz qapın qarşısında təhlükəli vəziyyətlərlə üzləşməyin normal haldır. Təəssüf ki, ən sonda qol buraxdıq".
Qeyd edək ki, hazırda "İnter" ÇL-in turnir cədvəlində 4-cü, "Bayer Leverkuzen" isə 2-ci pillədə qərarlaşıb.
Nihat Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.