Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə Çempionşip pley-offunun növbəti finalçısı bəlli olub.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cütünün cavab oyununda "Sauthempton" doğma meydanda "Midlsboro"nu qəbul edib.
İlk matçda 0:0 bərabərə qalan komandaların ikinci matçında da əsas vaxtda qalib müəyyənləşməyib: 1:1.
Əlavə vaxtda daha bir qol vuran "Sauthempton" rəqibini məğlub etməyi bacarıb və adını finala yazdırıb.
Beləliklə, Premyer Liqaya vəsiqə uğrunda həlledici matçda "Hull Siti" və "Sauthempton" qarşı-qarşıya gələcək.
Final oyunu mayın 23-ü Londonda, "Uembli" stadionunda baş tutacaq.
“Lill”in futbolçusu “Beşiktaş”ın radarında PSJ-nin qolkiperi zədəsini sağaldıb La Liqa klubunun heyətində ciddi itki - MÖVSÜMÜ BAŞA VURDU DÇ-2026: BRAZİLİYA MİLLİSİNİN HEYƏTİ AÇIQLANDI Dembele ən yaxşı seçildi