Hulusi Kılıç: Türk dünyası Xocalı soyqırımını unutmayacaq və onu unutdurmağa İmkan verməyə…
Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Xocalı soyqırımı bəşəriyyət tarixində qara bir ləkədir.
Dünya ictimaiyyəti, xüsusən də özlərini demokratiyanın və insan haqlarının müdafiəçisi adlandıran Qərb dövlətləri Ermənistanın qanlı cinayətlərinə səssizcə tamaşa edirdilər.
Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Xocalı soyqırımının dəhşətli statistikasına istinad edərək bildirib.
O xatırladıb ki, Xocalı soyqırımı nəticəsində 1275 nəfər əsir götürülərək işgəncələrə məruz qalıb (150 nəfərin taleyi bu günə qədər məlum deyil), 487 nəfər yaralanıb.
613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini itirib, 25 azyaşlı yetim qalıb.
H.Kılıç xatırladıb ki, Qərb ölkələrində heç bir media orqanı Azərbaycanın Qarabağ bölgəsində baş verən qanlı hadisələri işıqlandırmayıb və bu, “ikili standartların” bariz nümunəsini nümayiş etdirir.
“İMZA” İctimai Birliyinin nümayəndəsi Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.
O deyib: “2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu məsələdə xüsusi əhəmiyyət kəsb edir”.
Tam oxu
Xəbəri oxu