Hülya Avşar daha seriallara çəkilməyəcək

19.10.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Hülya Avşar rol aldığı serialın gözlənilmədən yayımdan çıxarılmasından narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, onun çəkildiyi “Aynı yağmur altında” saşağı izlənmə göstəricilərinə görə 7-ci bölümdə başa çatıb. 

Hülya Avşar bu sahədən uzaqlaşmaq qərarına gəlib. pizza mizza

Hazırda “Kanlı Nigar” musiqili tamaşası ilə teatr səhnəsinə qayıtmağa hazırlaşan Avşar serial sahəsindəki rəqabəti tənqid edib:

“Prodüserindən tutmuş ssenari müəllifinə qədər bir çox anlaşılmaz hadisələr baş verir. Qəribə bir mübarizə gedir. Hamı bir-birini sıradan çıxarmağa çalışır. Halbuki rəqib serialın çox güclü olmamasına imkan verin, kiməsə yol açın. Qoy hamı çörəyini qazansın”.

63 yaşlı Hülya Avşar serialların bəzən uğurlu ola biləcəyi halda belə, onlara davam etmək imkanı verilmədən yayımdan çıxarıldığını vurğulayıb.

“Serial sahəsində qəribə vəziyyət yaranıb. Baxırsan ki, hər şey yaxşı gedə bilər, amma seriala heç fürsət vermədən qəfil son qoyurlar. Açığı, mən belə məsələlərlə məşğul ola bilmirəm. Bu oyunların bir hissəsi olmaq istəmirəm. Serial səhifəsini bağladım”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью