Hülya Avşardan YENİ QƏRAR: Seriallar dəftərini bağladım

19.10.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli müğənni və aktrisa Hülya Avşar daha seriallarda çəkilməyəcəyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənətçi sonuncu dəfə rol aldığı “Aynı yağmur altında” serialının yeddinci bölümdə başa çatmasından sonra bu qərarı verib.

Hülya Avşar serial sektorundakı rəqabətdən narazılığını bildirib. Onun sözlərinə görə, prodüserlər və ssenaristlər arasında qəribə mübarizə gedir, hər kəs bir-birinin yolunu kəsməyə çalışır.

Aktrisa yeni layihələrə özünü doğrultmaq üçün kifayət qədər vaxt verilmədiyini vurğulayıb:

“Görürsən ki, serial yaxşı gedə bilər, amma heç fürsət vermədən qəfil yayımını dayandırırlar. Açığı, belə şeylərlə məşğul ola bilmirəm. Belə oyunlara gəlmək istəmirəm. Serial mövzusunu özüm üçün bağlamışam”.

Hülya Avşar hazırda “Kanlı Nigar” müzikli ilə teatr səhnəsinə qayıtmağa hazırlaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью