Humanitar diplomatiya nümunəsi | Icma.az
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır. Leyla Əliyevanın Efiopiyaya səfəri ölkələr arasında mədəni və elmi əməkdaşlığın g
Bu səfər iki ölkə arasında mədəni və elmi əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində həyata keçirilən görüşlər və müzakirələr qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, eləcə də ortaq layihələrin təşviqinə zəmin yaradır.
Səfərin əsas məqsədlərindən biri Azərbaycan və Efiopiya arasında humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi, regionların sosial və ictimai inkişafı üzrə təcrübə mübadiləsinin aparılmasıdır.
Bu cür qarşılıqlı əlaqələr xalqlar arasında mədəni yaxınlaşmanı gücləndirməklə yanaşı, uzunmüddətli tərəfdaşlıq üçün də etibarlı əsas formalaşdırır.
Heydər Əliyev Fondunun qlobal miqyasda həyata keçirdiyi layihələr fondun fəaliyyətinin yalnız milli çərçivələrlə məhdudlaşmadığını bir daha nümayiş etdirir.
Fondun sosial rifahın yüksəldilməsi, mədəni irsin qorunması və elmi inkişafın təşviqi istiqamətində atdığı addımlar Azərbaycanın beynəlxalq aləmdə humanitar dəyərlərə sadiq bir ölkə kimi mövqeyini daha da möhkəmləndirir.
Leyla Əliyevanın Efiopiyaya səfəri də bu baxımdan Azərbaycan diplomatiyasının və humanitar siyasətinin uğurlu davamı kimi qiymətləndirilə bilər.
Tam oxu
Xəbəri oxu