Humanitar minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

01.09.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması bölməsinin rəhbəri xanım Eirini Lemos-Maniatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, Sülh və Təhlükəsizlik naminə Elm (SPS) Proqramı çərçivəsində humanitar minatəmizləmənin innovativ metodlarının tətbiqinə dair həyata keçirilən layihənin gedişatı, həmçinin yeni nəsil yüksək texnologiyaların və innovativ metodların minatəmizləmə fəaliyyətinə tətbiqinə yönəlmiş bu proqram çərçivəsində Azərbaycanın digər cari və gələcək layihələrdə iştirakı barədə müzakirələr aparılıb.

Samir Poladov 2020-ci ilin noyabr ayından etibarən mina hadisələri nəticəsində 437 Azərbaycan vətəndaşının həlak olduğunu və ya xəsarət aldığını bildirib. O, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ciddi maneə yaratdığını, bərpa və yenidənqurma işlərini ləngitdiyini, habelə mühüm humanitar, iqtisadi və ekoloji fəsadlara səbəb olduğunu vurğulayıb.

Bundan əlavə, Samir Poladov NATO nümayəndə heyətinə ANAMA-nın həyata keçirdiyi əməliyyatlar, Göygöl Təlim Mərkəzinin fəaliyyəti, eləcə də humanitar minatəmizləmə sahəsində ANAMA-nın beynəlxalq tərəfdaşlıqları barədə məlumat verib.

Görüş Azərbaycan ilə NATO arasında humanitar minatəmizləmə sahəsində uzunmüddətli əməkdaşlığın növbəti göstəricisidir. Bu əməkdaşlıq mina və digər partlayıcı sursatların təmizlənməsi, humanitar minatəmizləmə fəaliyyətində yeni texnologiyaların tətbiqi və bir çox birgə layihələrin uğurla həyata keçirilməsini əhatə edir.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Azərbaycan ilə NATO arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

Siyasət

Milli Depozit Mərkəzi Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına üzv olub

Siyasət

İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib

Siyasət

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı - RƏY

Siyasət

“Azərbaycan bu gün sülh və əməkdaşlıq modelinin formalaşmasında aparıcı rol oynayan dövlətdir” - ŞƏRH

Siyasət

Azərbaycan Avrasiyanın aparıcı ölkələrindən biridir -HULUSİ KILIÇ

Siyasət

Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib

Siyasət

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib -YENİLƏNİB

Siyasət

İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib

Siyasət

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib -YENİLƏNİB

Siyasət

İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

Siyasət

“Bu gün Azərbaycan və Ermənistanın dialoq mövzuları tamamilə aydındır” - ŞƏRH

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью