Humanitar yük daşıyan gəmiyə zərbə endirildi

03.05.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İsrail ordusu Qəzzaya humanitar yük daşıyan gəmiyə zərbələr endirib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, pilotsuz uçuş aparatından baş verən hücuma Qətərin Hərbi Dəniz Qüvvələri reaksiya verib.

Hazırda gəminin Maltanın sahil sularında dayandığı açıqlanıb.

Ötən həftə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi Qəzza sektorunda gərgin humanitar vəziyyətlə bağlı narahatlğını bildirib. Agentliyin məlumatında bu vəziyyətin İsrailin bölgəyə yardımları qadağan etməsi nəticəsində baş verdiyi açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью