Humanizmə söykənən siyasət

17.12.2025

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Prezidenti cənab İlham Əliyevin amnistiya təşəbbüsü dövlət idarəçiliyində mərhəmət, humanizm və sosial ədalət prinsiplərinin bariz təzahürüdür. Bu addım təkcə hüquqi mexanizm deyil, eyni zamanda insana, ailəyə və cəmiyyətə verilən yüksək dəyərin ifadəsidir. Amnistiya qərarları cəmiyyətin sağlamlaşmasına, insanların islah olunaraq yenidən sosial həyata inteqrasiyasına, ailələrin birləşməsinə və gələcəyə ümidlə baxmasına xidmət edir. Bu təşəbbüs Azərbaycan dövlətinin gücünün sərtlikdə deyil, ədalətdə və insanpərvərlikdə olduğunu bir daha nümayiş etdirir. Humanizmə söykənən bu siyasət cənab Prezidentin xalqına olan dərin etimadının, yüksək mənəvi dəyərlərə sadiqliyinin və müasir, güclü dövlət quruculuğu yolunda atdığı ardıcıl addımların məntiqi davamıdır.
Əli İbrahimov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью