Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Humanoid robotun yeni dünya rekordu
Çində istehsal olunmuş humanoid robot yeriyərək qət etdiyi məsafə ilə dünya rekordu vurub.
Avtosfer.az xəbər verir ki, Suçjou şəhərindən Şanxaya üz tutan Acibot adlı robot 56 saatda 106 km yol gedib. Ginnesin Rekordlar Kitabı onun bu uğurunu bir robotun yeriyərək qət etdiyi ən uzun məsafə kimi təsdiqləyib.
Humanoid robot yol boyu 2 dəfə fasilə verməli olub, 15 dəfə də batareyası dəyişdirilib. Acibot 106 kilometrlik səyahətdə yolları, küçələri, körpüləri, maneələri müstəqil şəkildə keçib, nəqliyyatın hərəkəti qaydalarına, həmçinin, işıqforlara tam riayət edib. Sonda “Həyəcanlıyam, amma ayaqlarım biz az uyuşub”- deyə zarafatından da qalmayıb.
Vüqar