Hündür binalardakı mənzillər 36% dək baha satılır

22.09.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Binanın mərtəbə sayı artdıqca mənzillərin kvadratmetr qiymətinin də yüksəldiyi müəyyən edilib.

Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, 1-5 mərtəbəli binalarda 1 kvadratmetrin orta satış qiyməti 1 866 manat olduğu halda, 17 və daha çox mərtəbəli binalarda bu göstərici 2 531 manata çatıb.

Beləliklə, çoxmərtəbəli binalarda kvadratmetrin qiyməti azmərtəbəli binalarla müqayisədə təxminən 36% yüksəkdir.

17+ mərtəbəli binalarda bir mənzilin orta satış qiyməti 232 550 manat olub. 1-5 mərtəbəli binalarda isə orta qiymət 89 069 manat təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью